İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Neft qiymətləri kəskin dəyişdi

1629 12.06.2026 07:55 İqtisadiyyat A A

ABŞ prezidenti Donald Trampın İrana qarşı zərbələri dayandırmaq qərarı, həmçinin Tehranla anlaşmanın tam razılaşdırılmasına dair açıqlamaları neft bazarında həyəcanı aradan qaldırıb.

Musavat.com xəbər verir ki, tərəflərin genişmiqyaslı müharibədən yayınmağa çalışması neft təchizatı sarıdan narahatlıqları xeyli azaldıb.

Bu isə qiymətlərin kəskin düşməsinə səbəb olub.

Londonun ICE birjasında "Brent" markalı neftin avqust fyuçersləri üzrə qiymətlər 4 dollardan çox ucuzlaşmaqla 90 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin avqust fyuçersləri 3 dollara yaxın ucuzlaşmaqla 86 dollar ətrafında qərarlaşıb.

Hazırda bazarda qiymət enişi davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR