İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun 9 yaşlı oğlunun Qroznıda sarayı var

1063 20.01.2026 19:07 Dünya A A

Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu Qroznının mərkəzində yerləşən, tası tərəfindən icarəyə götürülmüş dəbdəbəli daşınmaz əmlakı özəlləşdirib.

Musavat.com xarici mediaya istinadla xxəbər verir ki, 9 yaşlı Abdulla Kadırov 4000 kvadratmetrlik torpaq sahəsinə və 2000 kvadratmetrlik malikanəyə sahibdir. Məlumat “Rosreestr” məlumat bazasında yer alır və oradan "Mojem Obyasnit" nəşrin sızdırılıb.

Mütəxəssislər əmlakın dəyərini təxminən 800 milyon rubl qiymətləndirirlər.

Bildirilir ki, Çeçenistan lideri əvvəlcə sahəni və evi icarəyə götürüb, lakin sonradan hüquqları oğluna ötürüb. Özəlləşdirmə 2023-cü ildə baş tutub və həmin vaxt Abdullanın yeddi yaşı olub və bu da o deməkdir ki, uşağın əmlakı almaq üçün vəsaiti olmayıb.

Abdullanın hələ rəsmi vəzifəsi yoxdur, lakin Qroznı meriyasının rəsmi saytında onun ad günü ilə bağlı təbriklər dərc olunub.

Kiçik Kadırıovun enerjili və cəsur bir oğlan uşağı kimi böyüdüyü, yaşından daha tez inkişaf etdiyi, ağıllı uşaq olduğu, məktəbdə də əla nəticələr göstərdiyi qeyd olunur. Meriyanın məlumatına görə, qardaş və bacılarının nümunəsini izləyən Abdulla Qurani-Kərimi öyrənir və xalqının tarixi və adət-ənənələri ilə maraqlanır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR