ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci il seçkilərindən əvvəl Demokrat partiyasının keçirdiyi sorğularının nəticələrinə liderdir.
Harris kampaniyaya fəal şəkildə hazırlaşır və ABŞ demokratlarının arasında nüfuzunu artırır. Axios-a görə, siyasətçi iddiasından imtina etmək niyyətində deyil və növbəti seçkilərdə prezidentliyə namizəd olmaqda qərarlıdır.
Kaliforniya qubernatoru Qevin Nyusom da daxil olmaqla nüfuzlu şəxslər yarışda iştirak etsə də, indiyə qədər keçirilən sorğular Harrisin Demokrat partiyasının tərəfdarları arasında davamlı dəstəyinin olduğunu göstərir. Bu, onu partiyanın 2028-ci il namizədliyi üçün əsas namizədə çevirir.
Qeyd edək ki, K.Harris 2004-cü ildə keçirilən prezident seçkilərində Donald Trampla rəqib olub və ona uduzub.
Musavat.com






