İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyev iki yeni prokuror təyin etdi

2009 15.07.2025 14:31 Gündəm A A

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

Musavat.com report.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR