İnsanlara hürriyət, millətlərə istiqlal!

Kartof “partlayışı”: insanlar kisələrlə aparır

14482 02.02.2026 23:49 Dünya A A

Berlin və ətraf bölgələrdə kartofla bağlı misli görünməmiş mənzərə yaranıb.

Musavat.com xəbər verir ki, Leypsiq yaxınlığında fəaliyyət göstərən bir fermer bu il son 25 ilin rekord kartof məhsulunun əldə edildiyini əsas gətirərək paytaxtda pulsuz kartof paylanması təşəbbüsü ilə çıxış edib.

Əvvəlcə sakinlər bu elanlara inamsız yanaşıblar. Lakin qısa müddət ərzində Berlinin müxtəlif rayonlarında pulsuz kartof paylanacağı ilə bağlı elanlar yayılıb və insanlar kartofu kisələrlə aparmağa başlayıblar.

Arktik soyuqların hökm sürdüyü günlərdə aksiya şəhərdə ictimai həmrəylik rəmzinə çevrilib. Berlinlilər bir-birinə ağır kisələri daşımaqda kömək edib, kartof yeməkləri ilə bağlı reseptlər paylaşıblar. Sosial şəbəkələrdə isə trendə çevrilən mövzulardan biri Angela Merkelin sevdiyi kartof şorbası resepti olub.

Paylanan kartofun bir hissəsi zooparka, evsizlər üçün yeməkxanalara, uşaq bağçalarına, məktəblərə və kilsələrə də göndərilib.

Bununla yanaşı, aksiyaya narazılıq edənlər də var. Yerli fermerlərin bir qismi bildirir ki, bazar artıq həddən artıq doymuş vəziyyətdədir və pulsuz paylama məhsulun bazar dəyərini daha da aşağı salır. Ekoloqlar isə baş verənləri ərzaq sənayesində həddindən artıq istehsal probleminin açıq göstəricisi kimi dəyərləndirirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR