İnsanlara hürriyət, millətlərə istiqlal!

Kenan İmirzalıoğlu yeni serialdan fantastik məbləğ qazanacaq

3020 22.10.2025 03:08 Şou-biznes A A

"Ailə bir imtahandır" adlı yeni serialda baş rolu canlandıracaq məşhur aktyor Kenan İmirzalıoğlunun alacağı qonorar məlum olub. Məşhur aktyor hər bölümdən 4 milyon 250 min lirə (231.000 AZN) qazanacaq.

Milli.Az xəbər verir ki, baş rollarda Kenan İmirzalıoğlu ilə yanaşı, gənc aktrisa Afra Saraçoğlu da yer alacaq. Layihənin ekran tarixi hələlik açıqlanmayıb.

51 yaşlı Kenan İmirzalıoğlu ilə 27 yaşlı Afra Saraçoğlunun tərəf-müqabili olması sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər aralarındakı yaş fərqinin ekran uyğunluğuna necə təsir göstərəcəyini maraqla gözləyir.

Lakin serialın yaradıcı heyəti bu fərqin mənfi deyil, əksinə, "güclü ssenari və dərin xarakterlər sayəsində üstünlüyə çevriləcəyinə" inanır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR