Erməniəsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan bu dəfə sağlıq durumu ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, o, “The Kardashians” proqramının son bölümündə rəfiqəsi ilə birlikdə klinikaya gedərək beyin tomoqrafiyasından keçib.

45 yaşlı Kardaşyan çəkilişlər zamanı intensiv həyat tempinin yaratdığı narahatlıqlardan danışıb:
“Həyatımın bir çox sahəsi eyni anda irəliləyir. İki aydan sonra vəkillik imtahanı verəcəyəm. Üstəlik, soyğunla bağlı məhkəmə işi var”.
Müayinə nəticələrini açıqlayan həkim Amen Kim Kardaşyanın beyninin sağlam olduğunu və Altsheymer riskinin aşağı səviyyədə olduğunu deyib. Test həmçinin Kimdə ciddi dərəcədə narahatlıq, depressiya və ya ağır stress halı olmadığını göstərib. Bu məlumat Kardaşyanı rahatlaşdırsa da, ekranda gördüyü bəzi “boşluqlar” onu təəccübləndirib.

Həkim həmin “boşluqlar”ın beynin ön hissəsində müşahidə edilən “aşağı aktivlik” göstəricisi olduğunu, bunun isə stresslə mübarizəni çətinləşdirə biləcəyini bildirib.
Kardaşyan “Ola bilməz, bunu qəbul etmirəm” sözləri ilə təəccübünü ifadə edib. Həkim isə ona təcili şəkildə stressi idarəetmə proqramına başlamağı tövsiyə edib.
Musavat.com






