İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev müzakirələrə ciddi yanaşarsa, ABŞ sülh planında dəyişikliklər oluna bilər

623 21.11.2025 08:50 Siyasət A A

Vaşinqton administrasiyası müzakirələrin gedişində Ukraynadakı münaqişənin həlli üçün yeni ABŞ planında dəyişikliklər etməyə hazırdır.

Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb. Bildirilir ki, bunun üçün Kiyevin ABŞ təkliflərini ciddi qəbul etməsi lazımdır. Portala danışan ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton planı tərəflərlə məsləhətləşmələr əsasında dəyişdirilə bilən "canlı sənəd" kimi görür: "Lakin rəsmi şəxs bunun ədalətli təklif olduğunu israr etdi və ABŞ Ukraynanın müzakirələrdə ciddi və gecikmədən iştirak etməsini gözləyir".

Portal həmçinin planın bütün 28 bəndini dərc edib. Nəşrin məlumatına görə, onların həqiqiliyi ABŞ və Ukrayna rəsmiləri tərəfindən təsdiqlənib. Bu məqamlar Ukrayna Ali Radasının üzvü Oleksiy Qonçarenkonun əvvəllər dərc etdiyi sənədin məzmunu ilə üst-üstə düşür və yuxarıda adı çəkilən planın Ukrayna dilinə tərcüməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR