İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin NATO perspektivi dondurulur?-Kremlin tələbləri Qərb masasında

762 01.12.2025 11:33 Dünya A A

Ukraynanın mümkün sülh razılaşmaları çərçivəsində NATO-ya üzvlük perspektivi de-fakto bloklana bilər.

Musavat.com xəbər verir ki, CNN-in diplomatik mənbələrə istinadən yazdığına görə, ilkin təklifdə Ukraynanın Alyansa rəsmi şəkildə imtina etməsi nəzərdə tutulsa da, hazırda başqa formula müzakirə olunur-hüquqi imtina olmayacaq, lakin NATO ölkələri ilə Rusiya arasında mümkün razılaşma vasitəsilə Kiyevin üzvlük prosesi faktiki şəkildə dayandırıla bilər.

Mənbələr bildirirlər ki, bu məsələdə yekun qərar hələ qəbul edilməyib və son söz Ukrayna prezidentinə məxsusdur.

Kremlin tələblərindən biri olan Donbasdan imtina mövzusu da danışıqlar paketində yer alır. CNN-in mənbəsi qeyd edib ki, təhlükəsizlik balansını pozmayan “çox həssas variantlar” nəzərdən keçirilir, lakin danışıqlara ziyan gəlməməsi üçün detallar açıqlanmır.

Məlumat Avropa və Ukrayna rəsmilərində narahatlıq yaradıb. Onlar Qərbin Kiyevi “Rusiyaya son dərəcə sərfəli sülh razılaşmasına” itələyəcəyindən ehtiyat edir. Danışıqların gedişatı isə hələlik tam açıqlanmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR