Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Koçaryanın parlament sədri Alen Simonyanla bağlı səsləndirdiyi sərt ifadələr ölkədə yeni siyasi qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, Simonyan Koçaryanın onun ünvanına “belə sürüşkən adam orduda normal xidmət edə bilməzdi” deməsini açıq təhqir kimi qiymətləndirir və məsələni məhkəmə müstəvisinə çıxarmağa hazırlaşır.
Qalmaqal Koçaryanın bu gün keçirdiyi mətbuat konfransında daha da alovlanıb. Keçmiş prezident Simonyanın bir müddət əvvəl verdiyi açıqlamaya cavab olaraq, onun hakimiyyəti dövründə Ermənistan ordusunda “tam bir xaos” hökm sürdüyü iddialarını kəskin şəkildə rədd edib.
Robert Koçaryan bildirib ki, Alen Simonyan mütəmadi olaraq cəfəngiyyat danışır və onun səsləndirdiyi fikirlərə ciddi yanaşmaq lazım deyil. Keçmiş prezidentin bu sözləri isə parlament sədrinin qəzəbinə səbəb olub və tərəflər arasında açıq qarşıdurma mərhələsinə keçid baş verib.
Musavat.com






