ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə Kolumbiya prezidenti Qustavo Petro ilə görüşəcək.
Musavat.com xəbər verir ki, bu, Trampın Ağ Evin mətbuat xidməti tərəfindən yayılan iş qrafikindən aydın olur.
Tramp Petronu Oval Ofisdə qəbul edəcək. Görüş jurnalistlər üçün qapalı olacaq.
Dünən Petro haqqında danışarkən Tramp qeyd edib: "O, son bir-iki ay ərzində çox mehriban olub. Bundan əvvəl o, şübhəsiz ki, tənqidi idi. Amma nədənsə, Venesuelada baş verən basqından sonra o, çox mehriban oldu. Onun münasibəti kəskin şəkildə dəyişib".
Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən isə Tramp əlavə edib: "Biz narkotiklərdən danışacağıq, çünki onlar onun ölkəsindən külli miqdarda narkotik qaçaqmalçılığı edirlər. Onunla görüşməyi səbirsizliklə gözləyirəm. Yaxşı görüşümüz olacaq."
Qeyd edək ki, ABŞ Qustavo və ailəsinə qarşı sanksiyalar tətbiq edib. Nikolas Maduronun oğurlanmasından sonra Kolumbiya prezidenti eyni addımın ona qarşı da atıla biləcəyindən ehtiyatlandığını açıq şəkildə ifadə edib.
Musavat.com






