Amerikanın Kolumbiyadakı yerüstü hədəflərə hər hansı zərbə bu ölkəyə müharibə elan edilməsi demək olacaq.
Musavat.com xəbər verir ki, bu xəbərdarlığı Kolumbiya prezidenti Qustavo Petro sosial media səhifəsində ABŞ prezidenti Donald Trampın kokain istehsalı səbəbindən Kolumbiyanın hədəfə alına biləcəyi ilə bağlı fikirlərini şərh edərkən açıqlayıb.
Petro Trampı kokainin ABŞ-a daxil olmasının qarşısını almaq üçün hər gün baş verən doqquz laboratoriyanın məhv edilməsində iştirak etmək üçün Kolumbiyaya səfərə əvət edib:
"Administrasiyam dövründə raketsiz 18.400 laboratoriyanı məhv etmişəm. Mənimlə gəlin, mən sizə onların necə məhv edildiyini göstərəcəyəm - hər 40 dəqiqədə bir laboratoriya. Amma suverenliyimizi təhdid etməyin, yoxsa "Jaguar"ı oyadacaqsınız. Suverenliyimizə hücum müharibə elanıdır. İki əsrlik diplomatik münasibətləri məhv etməyin".
Onun sözlərinə görə, əgər hər hansı bir ölkə minlərlə ton kokainin ABŞ-a daxil olmasının qarşısını almağa kömək edibsə, bu, Kolumbiyadır.
Qeyd edək ki. Tramp noyabrın ortalarında Kolumbiyadakı narkotik fabriklərini məhv etməyə hazır olduğunu açıqlayıb. Ötən gün isə Kolumbiya və Venesuelada qurudakı hədəflərə zərbələr endiriləcəyini deyib.
Musavat.com






