İnsanlara hürriyət, millətlərə istiqlal!

Körfəz ölkələrindən İrana raket zərbələri: ATACMS-lar İŞƏ SALINDI - VİDEO

1264 12.03.2026 10:15 Son xəbər A A

Yaxın Şərqdə hərbi gərginlik fonunda İran ərazisindəki bəzi hədəflərə uzaqmənzilli raket zərbələrinin endirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum zamanı ATACMS tipli taktiki ballistik raketlərdən istifadə olunub.

Bildirilir ki, raketlərin bir qismi Küveyt, Bəhreyn və İraq ərazilərindən buraxılıb.

Hazırda zərbələrin dəqiq hədəfləri və hücum nəticəsində dəyən zərər barədə rəsmi məlumat açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR