Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın ətrafı hesab edir ki, o, ölkədəki korrupsiya qalmaqalı fonunda ikinci müddətə namizədliyini irəli sürməməlidir.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Zelenskinin dəstəyi o qədər aşağı, korrupsiya böhranı isə o qədər dağıdıcıdır ki, prezidentə yaxın olan insanlar indi səsvermə mümkün olduqdan sonra onun ikinci müddətə namizəd olmaya biləcəyinə işarə edirlər.
“Politico” yazır ki, bu vəziyyət Zelenskinin yenidən seçilmək şansını azaltmaqla yanaşı, onun seçkidəki potensial rəqiblərinin şansını da artırır.
Xatırladaq ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) əməkdaşları “Enerqoatom”da axtarışlar aparıblar.
NABU aşkar edib ki, şübhəlilər “Enerqoatom” müqavilələrindən 10-15% geri ödəmə tələb ediblər. Agentlik qeyd edib ki, illik gəliri 200 milyard qrivnadan çox olan strateji müəssisəni faktiki olaraq rəsmi məmurlar deyil, kənar şəxslər idarə edir.
Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski energetika sahəsində korrupsiya sxeminin üzə çıxarılmasına cavab verib. O qeyd edib ki, korrupsiyaya qarşı istənilən effektiv fəaliyyət vacibdir.
Musavat.com






