İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Paşinyanı tələsdirir: ermənilər “Aİ”, yoxsa “Aİİ” deyəcək?

603 11.06.2026 13:01 Gündəm A A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul etsə də, eyni zamanda, Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Onun sözlərinə görə, bu vəziyyət uzun müddət davam edə bilməz və İrəvan seçim etməli olacaq. O qeyd edib ki, Avropa İttifaqına qoşulmaq və Avrasiya İqtisadi İttifaqında qalmaq mümkün deyil, çünki hər iki qurumun fəaliyyət prinsipləri bir-birini istisna edir.

erməni radiosu" olmaqda qeyri-adi nəsə yoxdur

Göründüyü kimi, Rusiya Ermənistanda referendum keçirilməsini istəyir. İndiki vaxtda Ermənistanda “Avrasiya İqtisadi İttifaqı yoxsa, Avropa İttifaqı” sualı ilə referendum keçirilsə, vətəndaşlarının seçimi nə olar?

Sualı cavablandıran siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, nəticəni əvvəlcədən proqnozlaşdırmaq mümkün olmasa da, mövcud siyasi və ictimai tendensiyalar müəyyən ehtimallar irəli sürməyə imkan verir.

“Son illərdə erməni cəmiyyətində Avropaya inteqrasiya meylləri əhəmiyyətli dərəcədə güclənib. Xüsusilə 2020-ci ildən sonra Rusiyanın təhlükəsizlik təminatçısı kimi roluna inamın azalması, Qarabağ məsələsində Moskvanın siyasətinə yönələn tənqidlər və hökumətin Qərblə münasibətləri genişləndirməsi Avropa İttifaqına müsbət münasibəti artırıb. Paşinyan komandasının son illərdə apardığı siyasət də bu tendensiyanı gücləndirib. Lakin referenduma gəldikdə, məsələ təkcə siyasi simpatiyalarla məhdudlaşmır. Ermənistan iqtisadiyyatının böyük hissəsi hələ də Rusiya bazarı ilə bağlıdır”, - deyə Ə.Orucov deyib.

Brüsseldə Paşinyan- Kosta- Fon der Leyen görüşü keçirilir | Modern.az

Onun sözlərinə görə, minlərlə Ermənistan vətəndaşı Rusiyada çalışır, pul köçürmələri ölkə iqtisadiyyatında mühüm yer tutur: “Bundan əlavə, Ermənistanın Avrasiya İqtisadi İttifaqə çərçivəsində əldə etdiyi gömrük və ticarət üstünlükləri mövcuddur. Əgər səsvermə daha çox geosiyasi və emosional xarakter daşısa, Avropa İttifaqına inteqrasiya ideyası üstünlük qazana bilər. Kampaniya iqtisadi risklər, iş yerləri, ticarət və sosial nəticələr üzərində qurulsa, Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının mövqeyi güclənə bilər”.

Ekspert bildirib ki, kənd yerlərində və yaşlı seçicilər arasında Rusiya ilə əlaqələrin qorunmasına dəstək daha yüksəkdir: “Gənclər və şəhər əhalisi arasında isə Avropayönümlü seçim daha populyardır. Ən maraqlı məqam ondan ibarətdir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi əslində "ya Aİ, ya da Aİİ" dilemmasını qəbul etmək istəmir. Bir çox vətəndaş həm Avropa ilə yaxınlaşmanı, həm də Rusiya bazarına çıxışın saxlanılmasını istəyir. Məhz buna görə Moskva referendum vasitəsilə bu qeyri-müəyyənliyin aradan qaldırılmasını vacib hesab edir. Hazırkı şəraitdə keçiriləcək referendumda Avropa İttifaqı istiqamətinin müəyyən üstünlüyə malik olması ehtimalı var. Lakin bu üstünlüyün böyük fərqlə olacağını söyləmək çətindir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR