İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! ABŞ-İran danışıqları iflasa uğradı

1041 28.07.2026 11:15 Dünya A A

İran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun təkliflərini rədd edib.

Musavat.com xəbər verir ki, bunu "Mehr" agentliyinə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi deyib.

O, ABŞ tərəfinin çox şey tələb etdiyini bildirib:

"ABŞ tərəfi bu planın rədd ediləcəyi təqdirdə danışıqların uğursuz hesab olunacağını və danışıqlardan çəkiləcəyini açıqlayıb. Nəticədə ABŞ nümayəndə heyəti iclası tərk edib".

Qəribabadi İran nümayəndə heyətinin danışıqları davam etdirməkdə israr etmədiyini vurğulayıb və bu yanaşmanı "İran İslam Respublikasının şərəfli diplomatiyası" adlandırıb.

Xarici işlər nazirinin müavini həmçinin bildirib ki, Omandakı danışıqlar İran Hörmüz boğazını yenidən bağladıqdan sonra baş tutub. O əlavə edib ki, digər tərəf İran-Oman danışıqları başa çatana qədər cənub yolunun açıq qalmasında israr edib, lakin İran nümayəndə heyəti bu təklifi rədd edib:

"Biz açıq şəkildə bildiririk ki, danışıqların nəticəsindən asılı olmayaraq, İran İslam Respublikasının fundamental siyasəti müharibənin əvvəlindən bəlli olub və bu cür təkliflər qəbul edilməyəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR