Məşhur sosial media fenomeni Adriana Qarsiya keçirdiyi estetik əməliyyat zamanı vəfat edib.
"Tik-Tok" ilə "Instagram"da geniş izləyicisiolan meksikalı influenserın estetik əməliyyat zamanı qəfil halı pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, 30 yaşlı fenomenin həyatını xilas etmək mümkün olmayıb.
Adriana Qarsiyanın dəqiq ölüm səbəbi açıqlanmayıb. Yerli səhiyyə və məhkəmə-tibbi orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir. Yaxın günlərdə patoloji-anatomik müayinənin nəticələrinin (meyitin yarılması) ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Fenomenin ölüm xəbərindən sonra izləyiciləri onun son paylaşımlarına çoxsaylı başsağlığı mesajları yazıblar. Şərhlərdən birində "Ucalarda rahat uyu, Adriana. İndi çox darıxdığın atanla birlikdəsən" sözləri diqqət çəkib.
Məlum olub ki, Adriana Qarsiya doğum günündə həm atasını, həm də babasını itirib. O, həmin vaxt paylaşımında "Apreli həmişə sevinclə gözləyirdim. Amma bu il həyatımda dərin iz qoyan iki insan – atam və babamla vidalaşmalı oldum" sözlərini yazmışdı./Lent.az






