Rusiyanın neft və qaz satışından əldə etdiyi büdcə gəlirləri noyabr ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 35% azalaraq 520 milyard rubl (6,59 milyard dollar) təşkil edə bilər.
Musavat.com xəbər verir ki, azalmanın səbəbləri kimi neftin ucuzlaşması və rublun möhkəmlənməsi göstərilir.
Məlumata görə, yanvar–noyabr aylarında Rusiya neftinin orta qiyməti 57,3 dollar/barel olub. 2024-cü ildə bu göstərici 68,3 dollar/barel idi.
Rusiya bu il neft və qaz satışından 10,94 trilyon rubl (təxminən 139 milyard dollar) gəlir əldə etməyi planlaşdırırdı. Lakin neft qiymətlərinin düşməsi səbəbilə hökumət ötən ay proqnozu 8,65 trilyon rubla (təxminən 110 milyard dollar) endirib. Ötən il isə bu sektordan gəlirlər 11,13 trilyon rubla (təxminən 141 milyard dollar) çatmışdı.
Musavat.com






