İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus”un bərpası Putinin sözündən asılıdır - Emin Ağalarovun dediyindən elə çıxır

754 28.03.2024 13:00 Dünya A A

“Crocus Group”un prezidenti Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov martın 28-də “Rossiya 24” telekanalının efirində deyib ki, terror aktından sonra Moskva yaxınlığındakı “Krokus Siti Holl”un bərpası ilə bağlı hələlik yekun qərar yoxdur.

Musavat.com-un Rusiya mediasında istinadla verdiyi xəbərə görə, o qeyd edib ki, şirkət Rusiya prezidenti Vladimir Putinin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun və ictimaiyyətin fikirlərini rəhbər tutur.

“Xeyr, biz qərar verməmişik və düşünürəm ki, qərar vermək hüququna malik olan tək biz deyilik. Düşünürəm ki, biz qubernatorun, hakimiyyətin, bəlkə də cənab prezidentin və xalqın ümumi fikrini rəhbər tutmalıyıq ki, bizim tərəfimizdən orada nə olmalıdır, memorial olan zal necə olmalıdır. Köhnə zal bərpa olunsun, ya memorial və zal başqa yerlərdə olsun”, - deyə Ağalarov bildirib.

O, təkbaşına belə bir qərar verə bilməyəcəyini, ancaq konsert zalının bərpasının tərəfdarı olduğunu vurğulayıb.

Ağalarov eyni zamanda, terror aktından sonra işsiz qalan 300-ə yaxın əməkdaşın başqa obyektlərdə işlə təmin olunacağını da deyib.

O, həmçinin “Crocus City Hall”a bənzər bir konsert zalının tikintisinin xərclərini də hesablayıb. Ağalarovun sözlərinə görə, bunun üçün ən azı 150 milyon dollar lazımdır.

“Xatırladığım qədər, 15 il əvvəl “Crocus City Hall”un tikintisi Araz Ağalarova təxminən 70 milyon dollara başa gəlib. Bu gün hesab edirəm ki, 150 milyon dollardan aşağı qiymətə belə bir zalı tikmək mümkün deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR