İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuba hakimiyyəti ölkədə beynəlxalq fövqəladə vəziyyət elan etdi

566 31.01.2026 09:44 Dünya A A

Kubada ABŞ-ın neft blokadasına görə beynəlxalq fövqəladə vəziyyət elan edilib.

Musavat.com xəbər verir ki, məlumatı öılkənin xarici işlər naziri Bruno Rodriges Parrilla "X" hesabında açıqlayıb.

O, bildirib ki, ABŞ-ın Kubaya qarşı mövqeyi "fövqəladə bir təhdid" təşkil edir və bu, Respublika xalqını eynəlxalq fövqəladə vəziyyət elan etməyə vadar edir:

"Kuba xalqı beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək, vəziyyətin, ABŞ hökumətinin Azadlıq Adasına qarşı hərəkətləri işığında qeyri-adi və fövqəladə bir təhdid təşkil etdiyi qənaətinə gəlir. Kuba xalqı bu təhdidə cavab olaraq beynəlxalq fövqəladə vəziyyət elan edir".

Rodriges Parrilla qeyd edib ki, Vaşinqtonun təhdidi "tamamilə və ya əsasən ABŞ-ın Kuba əleyhinə olan neofaşist sağ qanadından" qaynaqlanır və "bütün ölkələrin milli təhlükəsizliyinə və xarici siyasətinə və beynəlxalq sülhə" qarşı yönəlib.

Qeyd edək ki, yanvarın 28-də ABŞ prezidenti Donald Tramp Vaşinqtona Kubaya neft tədarük edən ölkələrdən gələn mallara tarif tətbiq etməyə icazə verən bir sərəncam imzalayıb.

Kuba xarici işlər naziri ölkəyə "yanacaq tədarükünün tam blokadası", "beynəlxalq ticarətin bütün prinsiplərini pozması" və Kuba xalqı üçün "ekstremal şərait" yaradan bu tədbirləri qətiyyətlə pislədiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR