İnsanlara hürriyət, millətlərə istiqlal!

Lalə ilə Elton arasında qalmaqal böyüyür: “Allah ona şəfa versin”

1082 03.12.2025 23:14 Şou-biznes A A

Əməkdar artist Lalə Məmmədova ilə müğənni Elton Hüseynəliyev arasında qalmaqal böyüyüb.

Musavat.com xəbər verir ki, Lalə Məmmədova Xalq artisti Flora Kərimovanın Eltonla bağlı qalmaqallı postuna şərh yazıb.
“Can Flora xanım, ürəyinizə salmayın, Tanrı sizi xalqımıza, musiqimizə ən qiymətli bir inci verib, Allah Sizi bizə çox görməsin. Allah ona da şəfa versin, nə deyək”, - deyə, Eltona iradını bildirib.

Qeyd edək ki, Elton verilişlərin birində L. Məmmədova üçün “Natavan özüdür, Lalə Brilliant Dadaşovadır” açıqlamasını verib.
O daha sonra başqa bir proqramda Flora Kərimovadan bəhs edərək “Onun 500 ifasından yalnız 100-ü “yağ-bal”dır, yerdə qalan 400-ü isə təkrardır” fikrini səsləndirib.

 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR