Livan Bağdadda keçirilən danışıqlar zamanı İraqa Hörmüz boğazından yan keçəcək neft tranziti marşrutu təklif edib.
Musavat.com xəbər verir ki, məlumatı "The National" qəzeti yayıb.
İraq Baş naziri Əli əl-Zeydinin maliyyə müşaviri Mudhir Məhəmməd Salihin sözlərinə görə, Livan Baş naziri Nəvaf Salamın Bağdada səfərinin əsas məqsədi "enerji sektoruna əsaslanan iqtisadi münasibətləri yenidən qurmaq" cəhdi olub.
O əlavə edib ki, nümayəndə heyəti Livan ərazisindən İraq üçün Aralıq dənizinə əlavə çıxış yolu kimi istifadə etməyi təklif edib: "Əgər bu ideya həyata keçirilərsə, Livan əhəmiyyətli bir logistika rolunu qazanacaq və İraq üçün dünyaya yeni bir ticarət pəncərəsi açacaq".
Musavat.com






