İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: “Trampa yaltaqlanmıram, amma onun hərəkətlərini çox bəyənirəm”

425 15.12.2025 14:29 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Kol arasında iki günlük danışıqlardan sonra əsl diplomatik irəliləyiş baş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Belarus kaliumuna qarşı sanksiyaları ləğv edib və Minsk bunun müqabilində müxtəlif ölkələrin 123 vətəndaşını sərbəst buraxıb. Onların arasında görkəmli müxalifət xadimləri də var: Nobel mükafatı laureatı Ales Bialiatski, keçmiş prezidentliyə namizəd Viktor Babariko və Mariya Kolesnikova.

Analitiklər bu siyasi və iqtisadi razılaşmanın nəticələrini anlamağa çalışırlar.

Bildirilir ki, danışıqlar cümə günü başlayıb. Belarus prezidenti dərhal etiraf edib: "Deyirlər ki, Tramp yaltaqlığı sevir. Amma mən bunu yaltaqlıq üçün etmirəm. Demək istəyirəm ki, son vaxtlar onun hərəkətlərini həqiqətən bəyənirəm".

Sonrakı danışıqlar, istiqanlılıq və dostcasına olmasına baxmayaraq, qapalı qapılar arxasında keçirilib. Görüşün nəticələri yalnız şənbə axşamı açıqlanıb.

Con Kol detib: "Prezident Trampın təlimatlarına uyğun olaraq, ABŞ kaliuma qarşı sanksiyaları ləğv edir. Düşünürəm ki, bu, ABŞ-nin Belarus üçün çox yaxşı bir addımıdır. Biz onları indi ləğv edirik".

Bu addım, həqiqətən də, Minsk üçün yaxşı bir addımdır. Bayden administrasiyası 2021-ci ilin avqust ayında Belarusun ən böyük kalium gübrəsi istehsalçısı və ölkənin əsas ixrac məhsullarından biri olan “Belaruskalium”un məhsullarına sanksiya tətbiq edib. Tədbirlər ABŞ şirkətləri ilə əməliyyatları hədəfə alıb və həmçinin dolayı yolla üçüncü ölkələr vasitəsilə daxil olmaqla beynəlxalq bazarlara kalium ixracını məhdudlaşdırmaq məqsədi daşıyıb.

Ancaq Avropa Birliyi tərəfindən Belarus kalium sənayesinə tətbiq edilən sanksiyalar qüvvədə qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR