İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan və Slovakiya Aİ-nin planından vetonu götürdü, ancaq…

983 22.04.2026 19:56 Dünya A A

… hər iki dövlət Ukraynanın 90 milyard avroluq maliyyələşdirməsində iştirak etməyəcəklərini təsdiqləyib

Macarıstan və Slovakiya Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avroluq Avropa maliyyələşdirmə planına qoyduqlarını vetonu geri götürdüklərini, lakin proqramda iştirakdan imtina etdiklərini təsdiqləyiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə avropalı diplomatik mənbə TASS-a bildirib.

"Macarıstan və Slovakiya 90 milyard avroluq Avropa təzminat kreditində iştirak etməyəcəklərini təsdiqlədilər", - deyə o bildirib.

Daha əvvəl Aİ Şurasının Kipr sədarəti Rusiyaya qarşı 20-ci sanksiya paketinin və Kiyev üçün 90 milyard avroluq ayırmanın Aİ səfirləri tərəfindən təsdiqləndiyini bəyan etmişdi. Xarici işlər nazirləri səviyyəsində təsdiq yazılı prosedurdan sonra 24 saat ərzində baş tutacaq.

Macarıstanın baş naziri Viktor Orbanın parlament seçkilərində müxalifərçi “Tisa” partiyasına uduzması ilə Ukraynanın qarşısında “yaşıl işıq” yanacağı, eyni zamanda Macarıstanın yeni rəhbərliyinin 90 milyard avroluq yardım paketinə töhfə verməyəcəyinə (ölkənin iqtisadi sıxıntıları üzündən) dair proqnozlar doğrulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR