Venesuela hakimiyyəti Vaşinqtona güzəşt təklif edib - Maduro 18 aydan sonra istefa verəcək, lakin Ağ Ev prezidentin dərhal istefasını tələb edir.
Musavat.com CNN-ə istinadla xəbər verir ki, Venesuela liderinin nümayəndələri iki ölkə arasında dialoq qurmaq üçün ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə saxlayıblar. Danışıqlar zamanı Karakas hakimiyyət dəyişikliyini qəbul etməyə hazır olduğunu, lakin gecikmə ilə - növbəti 18 ay ərzində olduğunu bildirib.
Bəzi ABŞ rəsmiləri bu variantı ölkələr arasında gərginliyin azaldılması istiqamətində məqbul addım hesab ediblər. Lakin Ağ Ev daha sərt mövqe tutaraq Nikolas Maduronun dərhal istefa verməsində israr edib.
Musavat.com






