İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli: “İnsanlar məni görməzdən gəliblər”

1174 28.05.2025 18:49 İdman A A

"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam".

Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib.

O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:

"Bir çox insanlar məni görməzdən gəliblər. Şikayət etmirəm. Çalışmağa üstünlük verdim".

Emreli insanların ondan gözləntilərinin çox olduğunu söyləyib: "Özümə bu cür motivasiya verməyə çalışıram".

O, gələcək karyerası ilə bağlı danışıb: "Hansı komandada çıxış edəcəyim bəlli deyil. Özüm də gözləyirəm. Agentlər nə istədilərsə, etdim. Onlardan xəbər gözləyirəm. Ümid edirəm ki, qarşıdakı həftələrdə biləcəyəm".

Forvard Bundesliqada çıxış etmək ehtimalı barədə danışıb: "Hansı doğru olsa, onu seçəcəyəm. Avropanın top 5 liqalarında oynamaq arzumdur. Ölkədən bu niyyətlə çıxmışam. Amma gözləməliyik".    (Oxu.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR