İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Si Cinpini G7 toplantısına dəvət etmək istəyir

521 13.11.2025 02:24 Siyasət A A

Fransa Prezidenti Emmanuel Makron Çinin dövlət rəhbəri Si Cinpini 2026-cı ildə Fransada keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Agentliyin mənbələrinə görə, bu fikir Makronun dekabr ayında Çinə səfər etmək planlarından əvvəl bəzi müttəfiqlərlə müzakirə olunub. Bloomberg qeyd edir ki, Makron "səssizliyə batmaqda olan G7"-ni yenidən aktivləşdirməyə çalışır.

Bildirilir ki, Si Cinpinə dəvət gərginliyə səbəb ola bilər, çünki G7 son illərdə Çinin təsirinə və Rusiyaya dəstəyinə qarşı mübarizəyə getdikcə daha çox diqqət yetirir. Çin liderinin belə bir dəvəti qəbul edib-etməyəcəyi və ya digər G7 üzvlərinin bu addımı təsdiqləyib-təsdiqləməyəcəyi, xüsusən də ABŞ və Çin arasında ticarət gərginliyi nəzərə alınmaqla, məlum deyil. Lakin bir mənbəyə görə, Almaniya bu ideyanı "ümumiyyətlə dəstəkləyir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR