Paris Apelyasiya Məhkəməsi köməkçilərinə saxta ödənişlər etdiyinə görə 3 il həbs cəzası alan Marin Le Penin məhkumluğunu qüvvədə saxlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, üç illik həbs cəzası alsa da, 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək hüququna malik olacaq.
2025-ci ilin yazında məhkəmə Le Peni Fransada partiyada işləyən işçilərin Avropa vəsaitləri ilə maaş aldığı bir sxem yaratmaqda təqsirkar sayıb.
Daha sonra Marin Le Penə seçkilərdə iştirak etməkdən beş il qadağa və dörd il həbs cəzası verilib. O, cəzasının qalan hissəsinin elektron izləmə qolbağı altında çəkməlidir. Partiya lideri həmçinin 100.000 avro cərimə edilib.
Musavat.com






