Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi üzrə daha bir nəfərin istintaqa cəlb olunması gözlənilir. İstintaq “dövlət çevrilişi” planında iştirakı olan vəzifəli bir şəxsi müəyyən edib. Onun kimliyi haqda müfəssəl məlumat verilməsə də, ictimaiyyət üçün həbsi şok effekti yaradacaq (Tribunainfo.az).
Bildirilir ki, bu prosesdə iqtidar və müxalifət cəbhələrindən həbslərin davamı istisna deyil. Çünki latent şəkildə gedən danışıqlar olub və Mehdiyevə yaxın bəzi məmurlar da çevrilişə cəhd layihəsində iştirak ediblər.
Yada salaq ki, Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Bundan başqa, həmin iş çərçivəsində AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim 2 ay 15 günlüyə həbs ediliblər. Onların həbs müddəti 2026-cı il fevralın 13-də başa çatacaq. Mediada Milli Elmlər Akademiyası katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun da Ramiz Mehdiyev işinə görə tutulduğu qeyd edilib. Eldar Əmirovun həbsinə dair xəbərdə onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi, hansı istintaq orqanının təqdimatı ilə tutulduğu göstərilməyib, yalnız Səbayel Rayon Məhkəməsinin Əmirov barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçdiyi vurğulanıb. Eldar Əmirovun hazırda hansı təcridxanada saxlandığı haqda da bilgi yoxdur.
Bəs fevral ayına qədər Ramiz Mehdiyev və bu işdə təqsirləndirilənlər məhkəməyə çıxarıla və ya istintaq uzadıla bilərmi? Bu maddələrlə hökm oxunarsa, Mehdiyevi hansı cəza gözləyir?
Bundan başqa, 2026-cı il büdcəsində Azərbaycan xalqı üçün nələr gözlənilir? Yenə sosial yönümlü büdcə adı ilə cəmiyyətə nələr təqdim edilir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız YAP-çı deputat Elman Nəsirov və Real sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






