İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Əziz Orucovla bağlı QƏRAR VERDİ

1019 25.09.2025 17:03 Ölkə A A

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə edilən müraciətə baxılıb.

Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə müraciəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, 2 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddəti noyabrda başa çatacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham irəli sürülüb.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR