Məhkəmənin qərarına əsasən, Samvel Karapetyan daha iki ay həbsdə qalacaq.
Musavat.com xəbər verir ki, İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin iş adamının azadlığa buraxılması ilə bağlı apellyasiyasını rədd edib.
Prokurorluğun iqtisadi ittihamlarla bağlı vəsatəti də təmin edilməyib. Həbs müddəti "hökuməti devirməyə çağırışlar" əsasında uzadılıb.
Qeyd edək ki, iş adamı 18 iyundan bəri hakimiyyəti ələ keçirməyə açıq çağırış etməkdə ittiham olunaraq həbsdədir. Karapetyan isə ittihamları rədd edir.
Musavat.com






