İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Zəkiyə qarşı dələduzluq edildi - FOTO

1233 26.11.2025 11:36 Ölkə A A

Xalq artisti Mehriban Zəki dələduzluqla üzləşib.

Musavat.com xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb.

Bildirib ki, "Kapital Bank" əməkdaşı ilə ona zəng edib, kart məlumatlarını istəyiblər:

"Bunu qalmaqal üçün yox, "Kapital Bank" müştərilərinin məlumatlı olması üçün paylaşıram. Yaşlı, pensiya alan insanlar məlumatsızdırlar. Bankın əməkdaşı adı ilə mənə zəng ediblər. Mən onlara heç bir kart kodu vermədim. Bu nömrələrdən gələn zəngə qarşı diqqətli olun.

Həmin bank əməkdaşlarına zəng etdim və nömrələri yönləndirdim. Bildirdilər ki, onlar müştəriyə heç vaxt vatsapda zəng etmirlər. Süni intellektlə dəyişilmiş səs idi. Başa düşdüm ki, dələduzluqdur".

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR