İnsanlara hürriyət, millətlərə istiqlal!

Meloni mələk oldu - Baş nazirin ölkəni qarışdıran GÖRÜNTÜSÜ

2492 02.02.2026 09:17 Dünya A A

İtaliyanın paytaxtı Romadakı Lusina Bazilikasında San Lorenso kilsəsinin bərpası ölkədə siyasi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, kilsədəki mələk simasının baş nazir Giorgia Meloniyə bənzərliyi müxalifətin reaksiyasına səbəb olub.

Müxalifətdə olan Demokrat Partiyası Mədəniyyət Nazirliyindən araşdırma tələb edib. Bərpada bədii üstünlüklərin kilsə rəhbərliyi tərəfindən alınmadığını bildirən Roma Yeparxiyası araşdırmaya başlanılacağını açıqlayıb.

İtaliyanın baş naziri özü də müzakirələrə qoşulub və mələk freskasının fotosunu İnstagramda paylaşaraq “Yox, mən qətiyyən mələyə oxşamıram” sözlərini yazıb.

Müzakirələrin mərkəzində olan kilsənin keşişi Daniele Micheletti isə deyib:

“Bu səhər xəbəri görəndə baxmaq üçün erkən kilsəyə getdim. Düşünürəm ki, o, Giorgia Meloniyə bənzəyir, amma bunda səhv bir şey görmürəm”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR