İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən gələrdim, sonra uduzarlar, pis olar” - İlham Əliyev VİDEO

1720 26.12.2025 22:52 Ölkə A A

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan təntənəli mərasimdə iştirak edib.

Musavat.com xəbər verir ki, tədbir zamanı dövlət başçısı il ərzində fərqlənən idmançıları və idman mütəxəssislərini mükafatlandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasim çərçivəsində maraqlı və səmimi anlar da yaşanıb. Belə ki, Prezident İlham Əliyev veteran futbolçu Oqtay Abdullayev və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev ilə qısa, lakin diqqətçəkən dialoq aparıb. 

Oqtay Abdullayev: Futbola gəlmək lazımdır.

Prezident İlham Əliyev: Mən gələrdim, sonra uduzarlar, pis olar.

Asim Xudiyev: Ağdamda yeni stadionun açılışında bizi dəvət edin.

Prezident İlham Əliyev: Xankəndidə bir dəfə topa vurdum.

Asim Xudiyev: Topu sonra axtarırdılar. Kim götürəcək o topu? 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR