İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisanı LAĞA QOYDULAR: "Dişləri ağzına böyükdür" - FOTO

976 20.11.2025 12:37 Şou-biznes A A

Türkiyəli aktrisa Hazal Kaya yenilənmiş görünüşü ilə sosial şəbəkələrdə gündəm yaradıb.

Aktrisanın yeni diş forması izləyicilər arasında birmənalı qarşılanmayıb.

Sosial media istifadəçiləri onun son görüntüsünü bəyənmədiklərini bildirərək, təbii görünüşünün daha yaxşı olduğunu vurğulayıblar. Bir çoxları dişlərinin üz cizgilərinə uyğun olmadığını qeyd edərək müxtəlif iradlar səsləndiriblər.

Eyni zamanda Hazal Kayanın nəzərəçarpacaq dərəcədə arıqlaması da müzakirələrə yol açıb. İzləyicilər aktrisanın üz xəttinin həddindən artıq incə göründüyünü yazaraq, onun əvvəlki halını daha çox bəyəndiklərini qeyd ediblər.

Aktrisanın son görüntüsü sosial şəbəkələrdə ən çox danışılan mövzulardan birinə çevrilib./Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR