İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur alimin şəxsi əşyaları muzeydən oğurlanıb – “Bunun adı barbarlıqdır!”

761 26.06.2026 20:15 Ölkə A A

Azərbaycanın görkəmli kinorejissoru, ssenarist, Xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli Oqtay Mirqasımovun ailəsi ilə bağlı səsləndirilən iddia ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, bu barədə sabiq millət vəkili Etibar Əliyev məlumat verib. O, Oqtay Mirqasımovla görüşü zamanı Azərbaycanın tibb elminin banilərindən biri, məşhur cərrah, professor, Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti və Azərbaycanın ilk tibb elmləri doktoru Mirəsədulla Mirqasımovun irsi ilə bağlı diqqətçəkən faktların müzakirə edildiyini bildirib.

Etibar Əliyev qeyd edib: "Mirəsədulla Mirqasımovun böyük kitabxanası olub. Oqtay müəllim həmin kitabxanadan sənətə addımlayıb. Anası böyük alimin şəxsi əşyalarını Tarix Muzeyinə bağışlayıb. Bir müddət sonra həmin dəyərli əşyalar oğurlanıb... Tarix muzeyindən, İncəsənət muzeyindən qiymətli rəsm əsərlərini, əlyazmaları, antik əşyaları kütləvi şəkildə oğurladılar. Heyif... Bunun adı barbarlıqdır".

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR