İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur cütlük ayrılıb? - Aktrisadan qalmaqallı addım

899 30.01.2026 20:40 Şou-biznes A A

Uzun müddətdir şəxsi həyatlarını mediadan uzaq saxlayan və münasibətləri ilə diqqət çəkən aktrisa Hafsanur Sancaktutan və aktyor Kubilay Aka ilə bağlı gözlənilməz iddia gündəmə gəlib.

Musavat.com xəbər verir ki, aktrisanın Aka ilə olan bütün fotoları sosial şəbəkə hesabından silməsi “böyük sevgi bitdimi?” sualını gündəmə gətirib.

 İddialara səbəb olan əsas məqam 25 yaşlı Hafsanur Sancaktutanın “Instagram” hesabında etdiyi dəyişiklik olub. Aktrisa sevgilisi Kubilay Aka ilə çəkilmiş bütün fotoları profilindən silib. Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən “ayrılığın açıq mesajı” kimi qiymətləndirilib.

Buna baxmayaraq, cütlüyün hələ də sosial mediada bir-birini izləməsi diqqətdən qaçmayıb. Digər tərəfdən, Kubilay Akanın hesabında hər hansı dəyişiklik etməməsi və fotoların hələ də qalması münasibətin tam bitib-bitmədiyi ilə bağlı sualları artırıb.

Könül

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR