İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur oteldəki bu görüntülər gündəm oldu- Heyvanlar xilas edildi- VİDEO

1239 21.07.2025 16:40 Ölkə A A

Binəqədidə yerləşən “AF Hotel” istirahət mərkəzində çəkilən görüntülərdən sonra rəsmi qurumlar hərəkətə keçib.

Musavat.com xəbər verir ki, istirahət mərkəzində çəkilən görüntülərdən aydın olurdu ki, ev heyvanları isti hava şəraitində belə qəfəsdə günün altında saxlanılır. Bu görüntülər sosial şəbəkələrdə müzakirə mövzusu olandan sonra rəsmi qurumlar tədbir görüb.

Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları istirahət mərkəzinə baxış keçirib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən baxış zamanı heyvanlara əziyyət verilməsi, onların qəbuledilməz şəraitdə saxlanılması aşkar edilib.

İstirahət mərkəzində 7 pişik, 1 it, 5 tovuz quşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşunun IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkına aparılması təmin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR