Minneapolisdə (Minnesota) keçirilən etirazların xarakteri nümayişçilərin hüquq-mühafizə orqanlarının işini pozmaqda maraqlı olan mütəşəkkil bir qrup tərəfindən təşkilatlandırıldığını göstərir.
Musavat.com xəbər verir ki, bu iddia ilə ABŞ Baş prokuroru Pam Bondi "Fox News"ə müsahibəsində çıxış edib: “Bu gün Minneapolisdə baş verənlərə baxın. Bütün bu etirazçılar oxşar qaz maskaları taxırlar, yeri gəlmişkən, çox bahalı. Bu, mütəşəkkil hazırlıqdır. Onlar problem yaratmaq, hüquq-mühafizə orqanlarının işinə müdaxilə etmək istəyirlər. Biz bunun Minneapolisdə və ya ölkəmizin hər hansı bir yerində baş verməsinə icazə verməyəcəyik".
Qeyd edək ki, yanvarın 24-də Minneapolisdə Sərhəd Patrulunun bir zabiti şəhərdə bir kişini güllələyərək öldürüb. Bu, şəhərdə yenidən böyük etirazların başlanmasına səbəb olub. Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, kişi silahlı olub və federal agentlər onun silahını götürməyə çalışarkən müqavimət göstərib. Bir neçə həftə əvvəl, 7 yanvarda, sənədsiz immiqrantların axtarışı zamanı İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşları bir qadını güllələyib öldürdükdən sonrs şəhərdə böyük etirazlar olmuşdu.
Minneapolis Polis Rəisi Brayan O'Hara şəhərdəki etirazları "qanunsuz toplantı" kimi xarakterizə edib və etirazçılardan dağılışmağı və sakit qalmağı istəyib. Lakin on minlərlə insan davamlı etiraz aksiyalarına başlayıblar.
Minnesotanın qubernatoru Tim Uolts məhkəməyə müraciət edərək, etirazlar sakitləşənə qədər şəhərdə İCE əməliyyatlarının qadağan olunmasını istəyib.
Musavat.com






