İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT MOSSAD-ı Türkiyədə çökdürdü – “MONİTUM”la casus şəbəkəsi məhv edildi

4715 07.02.2026 02:58 Dünya A A

Milli İstihbarat Təşkilatı (Milli İstihbarat Təşkilatı – MİT) son illərin ən genişmiqyaslı əks-kəşfiyyat əməliyyatlarından birini həyata keçirib.

“MONİTUM” adlandırılan çoxmərhələli əməliyyat çərçivəsində İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqədə şübhəli bilinən şəxslər uzunmüddətli texniki və fiziki nəzarətdən sonra İstanbulda saxlanılıblar.

Musavat.com xəbər verir ki, əməliyyatın əsas xüsusiyyəti onun təsadüfi deyil, illərə yayılan planlı və sənədləşdirilmiş istihbarat fəaliyyətinin yekun mərhələsi olmasıdır. Təhlükəsizlik mənbələri bildirir ki, “MONİTUM” anlayışı klassik “izləmə” mənasından fərqli olaraq, hədəfin uzun müddət ərzində təhlil edilməsi, əlaqə şəbəkəsinin açılması, fəaliyyətlərin təsnifatı və yalnız istihbari baxımdan tam “olğunlaşdıqdan” sonra müdaxilə edilməsini ifadə edir.

Ticarət şəbəkəsindən kəşfiyyat xəttinə

Araşdırmalara görə, mədən mühəndisi olan Mehmet Budak Derya 2005-ci ildə öz şirkətini quraraq Mersinin Silifke rayonunda mərmər ocağı açıb. Sonrakı illərdə fəaliyyətini beynəlxalq ticarət müstəvisinə çıxaran Derya müxtəlif ölkələrlə işgüzar əlaqələr qurub. Məhz bu mərhələdə onun fəaliyyətinin İsrail kəşfiyyatının diqqətini cəlb etdiyi bildirilir. 

8536ecbf-33cd-40da-8c2a-ca51eca3c330.jpg (16 KB)

2012-ci ilin sentyabrında “Ali Ahmed Yassın” kod adından istifadə edən və İsrail kəşfiyyatı ilə əlaqəli olduğu iddia olunan bir şəxsin Deryanı ofisində ziyarət etdiyi, paravan şirkət üzərindən əməkdaşlıq təklif etdiyi qeyd olunur. 2013-cü ilin yanvarından etibarən isə Deryanın Avropada keçirilən görüşlərdə “şirkət sahibi” kimliyi altında MOSSAD-la əlaqəli şəxslərlə təmaslara başladığı iddia edilir.

Yeni fiqur və genişlənən şəbəkə

İstintaq materiallarında göstərilir ki, həmin görüşlər zamanı “Luis” kod adlı israilli kəşfiyyatçı Deryadan Fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kerimoğlu-nun işə cəlb edilməsini tələb edib. Bu tapşırığın yerinə yetirildiyi, Kerimoğlu-nun maaşının və xərclərinin isə kənar mənbələr hesabına qarşılandığı bildirilir. 

Screenshot_1.png (411 KB)

İddialara əsasən, bu şəbəkə vasitəsilə müxtəlif ölkələrdə qurulan ticari münasibətlər, şirkətlər, şəxslər və xüsusilə İsrail siyasətinə müxalif mövqedə olan fiqurlar barədə məlumatlar sistemli şəkildə toplanaraq ötürülüb. Mermer ticarəti bəhanəsi ilə Qəzza bölgəsinə giriş icazəsi alındığı, anbar və obyektlərin fotolarının çəkilərək kəşfiyyat xətti ilə paylaşıldığı da istintaq materiallarında yer alır.

Texniki vasitələr, poliqraf və gizli rabitə

Təhlükəsizlik mənbələri bildirir ki, şəbəkənin gizliliyini təmin etmək üçün kriptolu rabitə sistemlərindən istifadə edilib. Deryanın 2016-cı ildə Asiyada, 2024-cü ilin avqustunda isə Avropada olmaqla iki dəfə poliqraf testindən keçirildiyi, bu testləri problemsiz başa vurduğu iddia olunur.

Bundan əlavə, Türkiyə və müxtəlif ölkələrdən SIM kartlar, modemlər və router cihazlarının toplanaraq bu avadanlıqlara aid seriya nömrələri, MAC ünvanları və istehsal məlumatlarının ötürüldüyü də qeyd edilir. Son mərhələdə isə Asiyada fəaliyyət göstərən üç ayrı hüquqi şirkət üzərindən beynəlxalq tədarük zəncirinə paravan strukturlarla sızma planının hazırlandığı, məhsulların qablaşdırma, saxlama və son istifadəçiyə çatdırılma mərhələlərində kəşfiyyat nəzarətinin qurulmasının nəzərdə tutulduğu bildirilir. 

f7b9a6d6-26d7-4774-bfc5-7a9077298652.jpg (37 KB)

Yekun əməliyyat və saxlanılma

MİT-in uzun müddət davam edən texniki və fiziki izləməsindən sonra şəbəkənin bütün əsas xətləri deşifrə edilib. Nəticədə Mehmet Budak Derya və Veysel Kerimoğlu İstanbulda keçirilən əməliyyatla saxlanılıblar. Hazırda iş üzrə istintaq davam edir, toplanmış materiallar hüquqi qiymətləndirmə mərhələsindədir.

Təhlükəsizlik dairələri “MONİTUM” əməliyyatını Türkiyənin əks-kəşfiyyat imkanlarının və uzunmüddətli strateji izləmə mexanizmlərinin bariz nümunəsi kimi dəyərləndirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR