İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva aeroportlarında nə baş verir... ── Sərnişinlər 17 saatdır gözləyir - VİDEO

1163 07.05.2026 22:43 Dünya A A

Moskva aeroportlarında ciddi gərginlik yaşanır, çoxsaylı reyslər təxirə salınıb və ya ləğv edilib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi sərnişinlər artıq 17 saata yaxındır aeroportlarda gözləmək məcburiyyətində qalıblar.

Kadrlarda terminallarda böyük izdihamın yarandığı, insanların döşəmədə və oturacaqlarda gecələdiyi görünür.

Məlumata görə, uçuşların dayanmasına təhlükəsizlik səbəbləri və paytaxt ətrafındakı vəziyyət təsir edib. Rusiya rəsmiləri isə məsələ ilə bağlı geniş açıqlama verməyib.

Sosial şəbəkələrdə istifadəçilər yaranmış vəziyyəti 9 may paradı ilə əlaqələndirərək “insanlar paraddan uzaq qalmağa çalışır” kimi şərhlər yazıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR