İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva: “Ukraynanın uzaqmənzilli dron bazası məhv edildi”

447 30.11.2025 13:36 Dünya A A

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin şturm qrupları DNR ərazisində yerləşən Qrişino (rus. Гришино) yaşayış məntəqəsinə daxil olub və orada mövqelərini gücləndirir.

Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, əməliyyat çərçivəsində Rusiya ordusu həmçinin Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli dronların uçuşa hazırlığı və buraxılışı üçün istifadə etdiyi məntəqəni zərbə ilə məhv edib. Rusiya tərəfi bunun Ukraynanın dron imkanlarına ciddi zərbə olduğunu iddia edir.

Əməliyyat ərazisində döyüşlərin davam etdiyi, tərəflər arasında toqquşmaların şiddətli olduğu bildirilir. Ukrayna tərəfi hələlik rəsmi şərh verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR