Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın keçmiş prezident Serj Sarkisyanla Rusiya prezidenti Vladimir Putin arasında yazışmaları dərc etməklə etik standartları pozduğunu bildirib.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə qeyd edib.
Onun sözlərinə görə, İrəvanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin işçi yazışmalarını, eləcə də dövlət başçılarının şəxsi yazışmalarını dərc etməsi onların razılığı olmadan həyata keçirilib.
O bildirib ki, bu, qəbul edilmiş etik standartlara əməl edilməməsini nümayiş etdirir.
Musavat.com






