İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya HÜCUM! Nəhəng neft zavodu VURULDU, şəhər OD İÇİNDƏ! - TV Musavat - Canlı debat

905 16.06.2026 10:55 Son xəbər A A

Bu gün səhər saatlarında Moskvaya kütləvi PUA hücumu olub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Moskvanın Kapotnyansk rayonunda yerləşən neft emalı zavoduna zərbələr endirilib. Zərbələr nəticəsində zavodun ELOU AVT-6 ilkin neft emalı bölməsində yanğın başlayıb.

Kremlin 15 km-də yerləşən zavod illik 11-12 milyon ton neft emalı gücünə malikdir.

Zavod Moskvanın yanacaq ehtiyacının üçdə birindən çoxunu ödəyir, paytaxt hava limanlarını aviasiya kerosini ilə təmin edir və təxminən 30 növ məhsul istehsal edir.

Moskva meri Sergey Sobyaninin məlumatına görə, səhər saatlarından bəri Moskva üzərində 60-dan çox PUA vurulub.

Moskva vilayətinin Pavlovski Posad, Ramenskoye və Jukovski şəhərlərində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Artıq Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarının fəaliyyəti dayandırılıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR