İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə nəhəngləri arasında KRİTİK OLAY - 9 illik HƏRBİ layihə ÇÖKDÜ

2521 09.06.2026 14:43 Dünya A A

Avropanın ən böyük müdafiə layihələrindən biri hesab olunan və təxminən 100 milyard avro dəyərində qiymətləndirilən FCAS (Future Combat Air System – Gələcəyin Döyüş Hava Sistemi) proqramı ciddi böhranla üzləşib. Almaniya və Fransanın birgə həyata keçirdiyi layihə iştirakçı şirkətlər arasında yaranan hakimiyyət və idarəetmə mübahisələri səbəbindən dayanmaq həddinə gəlib.

Musavat.com xəbər verir ki, məlumata görə, layihənin əsas tərəfdaşları olan Dassault Aviation və Airbus arasında rəhbərlik və nəzarət səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqları həll olunmayıb. Münaqişəni aradan qaldırmaq üçün cəlb olunan vasitəçilər də tərəfləri ortaq məxrəcə gətirə bilməyiblər.

Layihədəki problem artıq texniki mübahisə çərçivəsindən çıxaraq siyasi məsələyə çevrilib. Hazırkı vəziyyətdə tərəflərin insanlı yeni nəsil döyüş təyyarəsinin hazırlanması planından tamamilə imtina edə biləcəyi ehtimal edilir. Bununla yanaşı, pilotsuz sistemlər, proqram təminatı və məlumat texnologiyaları kimi sahələrdə məhdud əməkdaşlığın davam etdirilməsi variantı müzakirə olunur.

FCAS proqramı Avropanın gələcək hava müdafiəsinin əsas dayaqlarından biri hesab olunurdu. Layihənin taleyinin yaxın günlərdə Almaniya kansleri Friedrich Merz və Fransa prezidenti Emmanuel Macron arasında keçiriləcək görüşlərdə müzakirə olunacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, əgər tərəflər razılığa gələ bilməsələr, FCAS Avropa müdafiə sənayesi tarixinin ən böyük uğursuz layihələrindən biri kimi yadda qala bilər. Bu isə Rusiyadan gələn təhlükəsizlik risklərinin artdığı və ABŞ-ın Avropaya dəstəyinin müzakirə olunduğu bir dövrdə qitənin müdafiə strategiyasına ciddi təsir göstərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR