İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllim də, şagird də telefonsuz: məktəblərdə sərt qərar

1063 21.01.2026 17:45 Son xəbər A A

Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən dövlət məktəblərində dərs zamanı mobil telefonlardan istifadə həm şagirdlər, həm də müəllimlər üçün qadağan ediləcək.

Musavat.com xəbər verir ki, rəsmi açıqlamaya görə, müəllimlər şagirdlərə şəxsi nümunə göstərməli, dərs vaxtı telefonlarını onlarla birlikdə xüsusi saxlama qutularında qoymalıdırlar. Bu yanaşma ilə məktəblərdə diqqətin yayındırılmasının qarşısının alınması və dərs prosesinin effektivliyinin artırılması hədəflənir.

Hazırda qadağanın tətbiqi mexanizmi üzərində iş aparılır. Yeni qaydanın ölkə üzrə bütün dövlət məktəblərində eyni formada icra olunacağı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR