Böyük Britaniyanın nüfuzlu "The Telegraph" qəzetinin köşə yazarı Ouen Mettuz Türkiyənin Ankara şəhərində keçiriləcək növbəti NATO sammiti öncəsi Qərb alyansı daxilində Ukrayna məsələsi ilə bağlı yaşanan ciddi pərdəarxası gərginlikləri və sensasiyalı detalları ictimaiyyətə açıqlayıb. Şimali Atlantika Alyansı rəhbərliyinin Donald Trampın reaksiyasından çəkinərək Ukrayna böhranını müvəqqəti olaraq diqqət mərkəzindən uzaqlaşdırmağa çalışdığı iddia edilir.
Musavat.com xəbər verir ki, nəşrin analitik məqaləsində Ukrayna Prezidenti Volodimir Zelenskinin builki sammitdə əvvəlki illərdə olduğu kimi geniş platforma qazanmayacağı vurğulanıb. Ouen Mettuz yazır: "Zelenski üçün daha problemli məqam odur ki, daxil olan məlumatlara görə, o, növbəti gün keçiriləcək əsas sammit iclasında iştirak etməyəcək və ötən illərdən fərqli olaraq, NATO liderləri qarşısında o alovlu, kəskin nitqlərindən birini söyləməyəcək. Alyans Donald Trampın qəzəbinə və narazılığına səbəb olmamaq qorxusu ilə Zelenskini və bütövlükdə Ukrayna mövzusunu sammitin kənarında – arxa planda saxlamağa qərar verib".
Musavat.com






