İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO müttəfiqlərinin Ukraynaya silah tədarükü ilə bağlı mühüm açıqlaması gözlənilir

522 14.10.2025 22:43 Siyasət A A

ABŞ-ın NATO-dakı müttəfiqləri sabah Ukraynaya silah alışı üçün vəsaitin ayrılması ilə bağlı böyük açıqlama verməyi planlaşdırırlar.

Musavat.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib. Uitaker qeyd edib ki, Ukraynanın “rəvan və effektiv” fəaliyyət göstərən PURL proqramı çərçivəsində ilk növbədə avropalı tərəfdaşlar tərəfindən verilən vəsait hesabına ABŞ-dan silah almaq imkanı var: "Biz indi avropalı müttəfiqlərimizin alışlarını davam etdirməsini gözləyirik və sabah mən bu məsələ ilə bağlı böyük açıqlamalar gözləyirəm".

Onun fikrincə, bu, “sülh razılaşmasına nail olmaq üçün ssenarinin yaradılmasına” töhfə verməlidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR