İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında gözlənilən sarsıntılar baş vermədi - Prezidentin Davos qiymətləndirməsi

590 20.01.2026 19:26 Dünya A A

Son vaxtlar dünyada baş verən geosiyasi gərginliklər, Yaxın Şərqdə və digər regionlarda müşahidə olunan qeyri-sabitlik fonunda qlobal neft bazarı ilə bağlı proqnozlar daha çox pessimist xarakter almağa başlamışdı. Münaqişələrin genişlənəcəyi, enerji təchizatında risklərin artacağı və bunun qiymətlərə ciddi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar beynəlxalq gündəmdə əsas mövzulardan biri idi.

Məhz belə bir həssas dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər həm regional təhlükəsizlik, həm də enerji bazarlarının sabitliyi baxımından mühüm mesajlar ehtiva edir. Dövlət başçısı çıxışında Azərbaycanın sabitlik və sülhə verdiyi önəmi vurğulamaqla yanaşı, mövcud qlobal proseslərin neft bazarına gözlənildiyi qədər neqativ təsir göstərmədiyini xüsusi qeyd edib. Bu mövqe Azərbaycanın regional və qlobal miqyasda proqnozlaşdırıla bilən, məsuliyyətli tərəfdaş kimi rolunu bir daha ön plana çıxarır.

Deputat Azər Badamov Musavat.com-a fikrini bölüşüb: “Son vaxtlar bəzi siyasətçilər və ekspertlər tərəfindən dünya nizamında baş verən proseslər və böyük neft istehsalçı ölkələri olan Venesuela və İranda baş verən hadisələrin qlobal neft bazarlarına ciddi təsirlərin olacağı haqqında neqativ fikirlər söylənilirdi. Amma mövcud reallıq deyilənlərin tamamilə əksinə oldu. Belə ki, baş verən hadisələrə baxmayaraq neftin qiyməti sabit olaraq qaldı və hətta bir az da yükəlmiş oldu. Yəni bu o deməkdir ki, qlobal neft bazarı sabitləşib və bu da həm hasilatçıların, həm də istehlakçıların gələcəyi proqnozlaşdılmasına imkan verir. Azərbaycan neft istehsalçı ölkəsidir. Neftin qiymətinin sabit olması planlaşdırdığımız layihələrin uğurla icra etməyimizə imkan verir”.

Deputat əlavə edib ki, dövlət başçısının “Euronews” televizya kanalına verdiyi müsahibədə bu məsələyə və regionda baş verən hadisələrə geniş şərh verildi: “Biz Cənubi Qafqazı dinamik inkişaf edən sülh regionu kimi görürük. Qonşu ölkələrdə ictimai-siyasi mühitin sabitliyi bizim marağımızdadır. Çünki ölkə daxilində potensial risklər yoxdur. Bütün risklər xaricdən oluna bilər. Bu baxımdan qonşu ölkələrdə sabitliyin olması ümumi regionumuzun sabitliyinə töhfə verir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR