İsrailin baş naziri Benyamin Netanyahunun smartfonu jurnalistlərin diqqətini çəkib.
Musavat.com xəbər verir ki, yayılan görüntülərdə baş nazirin telefonunun kamerası xüsusi yapışqanla örtülüb.
Ekspertlər hesab edirlər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır. Belə ki, yüksək səviyyəli siyasi fiqurlar üçün telefonlar vasitəsilə izlənmə riski hər zaman mövcuddur. Kamera üzərində yapışqanın olması, xüsusilə mühüm görüşlərdə və ya gizli müzakirələr zamanı potensial casusluq və ya sızmaların qarşısını almağa yönəlib.
Bəzi mənbələr bildirir ki, bu üsul ABŞ və Avropa liderləri arasında da istifadə olunur və yüksək təhlükəsizlik tədbirləri çərçivəsində standart praktikaya çevrilib. Netanyahunun belə bir addım atması, onun öz təhlükəsizliyinə verdiyi önəmi göstərir.
Musavat.com






